AZ

Qələbə paradında 10 dəqiqəlik atəşfəşanlığa 10 milyon xərcləyəcəklər

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Rusiyanın Krasnoyarsk diyarının hakimiyyət orqanları Qələbə Gününü qeyd etmək üçün 10 dəqiqəlik atəşfəşanlıq nümayişinə rekord məbləğdə, 10 milyon rubl (təxminən 180 min manat) xərcləyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, bu, ötən illə müqayisədə 1,5 milyon çoxdur.

Atəşfəşanlığın eyni vaxtda “Oqni Yenisey” oteli ilə üzbəüz və Krasnoyarsk Ticarət Mərkəzinin yaxınlığındakı barjadan atılacağı deyilir. Tədbirin ümumi dəyəri 43 milyon rubl (təxminən 774 min manat) təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
8
qafqazinfo.az

9Mənbələr