AZ

İsveç suriyalı məhkumların deportasiyasını tələb edir

İsveç hökuməti müxtəlif cinayətlərə görə məhkum edilmiş 155 suriyalının deportasiyası üçün addımlar atır.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, ölkənin miqrasiya naziri Yohan Forssel sənədləşmə və şəxsiyyətin təsdiqlənməsi də daxil olmaqla praktik məsələləri müzakirə etmək üçün Suriya nümayəndə heyətinin yaxın zamanda Stokholma gələcəyinin gözlənildiyini bildirib.

Onun sözlərinə görə, işlərin əksəriyyəti ağır cinayətlərlə aiddir, lakin deportasiyalar hələlik həyata keçirilə bilmir. Çünki şəxslərin özləri geri qayıtmaqdan imtina edirlər, bunun üçün isə qəbul edən ölkənin - Suriyanın razılığı tələb olunur.

 

Hökumət, həmçinin Miqrasiya Agentliyinin Suriya strukturları ilə əlaqələrin qurulması işi üçün 2026-cı il üçün üç milyon kron (təxminən 280 min dollar) ayırıb. Bu məbləğə nümayəndə heyətinin Stokholma səfərinə xərclər də daxildir.

Suriya Somali ilə yanaşı, geri qaytarma siyasəti ilə bağlı prioritet ölkələr arasındadır, Somaliyə isə 56 məhkum məhbusun deportasiyası planlaşdırılır.

Seçilən
16
4
day.az

5Mənbələr