Komanda məşqə çıxmaqdan imtina etdi!


I Liqada yarışan və Premyer Liqaya çıxmaq şansı olan "Mingəçevir"də böhran yaşanır. "Rekord.az" xəbər verir ki, maliyyə problemləri səbəbindən bu gün futbolçular məşqə çıxmaqdan imtina ediblər. Komanda 3 aydır maaş ala bilmir. 


Bununla yanaşı, klubun otellərə, digər obyektlərə, həmçinin inzibati heyətə və digər istiqamətlərdə böyük borcları var. Rəhbərlik isə ortada yoxdur. Klubun prezidenti Rafael Bünyatov matçlara gəlmir, komanda ilə maraqlanmır.