AZ

“Hakimliklə bağlı AFFA-ya etirazımızı bildirəcəyik” - “Sumqayıt”ın məşqçisi

YEVLAX, 2 may. TELEQRAF
“Klub olaraq heç vaxt hakimliklə bağlı etirazımız olmayıb. Bu hal üst-üstə təkrarlandığından, belə başa düşürük ki, etiraz etmədikdə elə bilirlər fağırıq. Klub olaraq AFFA-ya etirazımızı bildirəcəyik”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Bu gün təəssüf ki, oyun barədə danışmaq istəmirəm. Hakimlik barədə danışmaq olar, amma onu da istəmirəm. Rəqibi təbrik edirəm. Penalti nə ilə bağlı oldu, anlaya bilmirəm. Həmişə “Sumqayıt”a qarşı belə hallarla üzləşirik. Aydın deyil, nəyə görə baş verir. Bəlkə də əcnəbi məşqçilər olduğumuza görədir. Saşa İliçə qarşı bu, artıq neçənci dəfədir. Həmçinin mənə qarşı. Başa düşə bilmirəm. Belə şeylərə görə xallar itiririk.

Gülməlidir ki, oyunun baş hakimi Əli Əliyev “Kəpəz”in sabiq futbolçusu və gəncəli hakimdir, bu oyunu idarə edir. Məncə, bu haqsızlıqdır. Hər şeydən əvvəl peşəkar olmaq lazımdır. Gənc oyunçuları da düşünmək lazımdır”.

Seçilən
48
teleqraf.com

1Mənbələr