Bərdə, 2 may, AZƏRTAC
Mayın 2-də Lütfizadə adına riyaziyyat-məntiq olimpiadasının və məktəblilərarası fənn müsabiqəsinin yarımfinal turu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Lütfizadə adına riyaziyyat-məntiq olimpiadasının və məktəblilərarası fənn müsabiqəsinin yarımfinal turu Bərdə şəhər 3 nömrəli tam orta məktəbdə təşkil olunub. Yarımfinal mərhələsində ümumilikdə 265 şagird iştirak edib.
Qeyd edək ki, olimpiada və müsabiqələrin keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, fənlər üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, istedadlı şagirdlərin aşkar olunması və onların növbəti mərhələlərə hazırlanmasıdır.