AZ

ABŞ-da “Vyetnam sindromu”: İranla müharibə cəmiyyəti ikiyə böldü

“The Washington Post” nəşri tərəfindən aparılan rəy sorğuları göstərir ki, ABŞ-ın İrana qarşı apardığı hərbi əməliyyatlar Amerika cəmiyyətində Vyetnam müharibəsi qədər qeyri-populyardır. Sorğu nəticələrinə əsasən, ölkə daxilində müharibəyə qarşı narazılıq dalğası getdikcə güclənir.

KONKRET.az xəbər verir ki, rəyi soruşulanların 61%-i İrana qarşı hərbi əməliyyatların başladılmasını böyük səhv hesab edir. Respondentlərin 56%-i isə əmindir ki, Vaşinqton bu addımı ilə müttəfiqlərinin gözündə öz nüfuzunu tamamilə itirib. Hazırda müharibəni dəstəkləyənlərin payı cəmi 20% təşkil edir ki, bu qrupun əsasını da “qatı respublikaçılar” formalaşdırır. Sosioloqlar qeyd edirlər ki, buna bənzər kəskin mənfi göstəricilər sonuncu dəfə məhz Vyetnam müharibəsi dövründə qeydə alınıb.

Maraqlıdır ki, hər iki müharibədəki itkilərin sayı arasında kəskin fərq var. Vyetnamda 50 min hərbçisini itirən ABŞ, İranla döyüşlərdə indiyədək cəmi 13 əsgər itirib. Buna baxmayaraq, xalqın narazılığı kifayət qədər yüksəkdir. Ekspertlər xəbərdarlıq edirlər ki, əgər atəşkəs pozulsa və hərbi əməliyyatlar bərpa olunsa, artan itkilər fonunda Vaşinqton idarəolunmaz ictimai etirazlarla üz-üzə qala bilər.

Natiq Səlim,
KONKRET.az

Seçilən
49
1
konkret.az

2Mənbələr