AZ

"Hər dəfə "Sumqayıt"a qarşı belə halların niyə baş verməsini başa düşmürəm"

"Sumqayıt" Misli Premyer Liqasının 30-cu turunda səfərdə "Kəpəz"ə 1:2 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Veliçko Kaplanoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün təəssüf ki, oyun barədə danışmaq istəmirəm. Əslində hakimdən danışmalıyam. Rəqibi təbrik edirəm. Nəyə görə penalti verildiyini başa düşmədim. Aydındır ki, turnir cədvəlində rahat yerdəyik. Amma yenə də bizə qarşı belə hərəkəti anlaya bilmirəm. Hər dəfə "Sumqayıt"ın oyununda belə hallar olur. Hər dəfə qırmızı vərəqə... Saşa İliç bir neçə dəfə qırmızı vərəqə alıb. Mənim özümə də verilib. Başa düşmürəm ki, bu, nə ilə bağlıdır. Top bədəndən ələ dəyib. Belə penaltini başa düşə bilmirəm. Bu, birinci dəfə deyil. Belə şeylərə görə xallar itiririk. Bir az həyəcanlıyam, hisslərimə hakim ola bilmirəm. Amma belə olmaz.

- İkinci penaltidən əvvəl müdafiəçilərin səhvi oldu. Bunu nə ilə əlaqələndirirsiz?

- İkinci penalti təmiz idi. Buna nəsə demirəm. Bəli, səhv etdik. Bunu təhlil edəcəyik. Bizim üçün problemli məsələ birinci penaltidir. Hər dəfə "Sumqayıt"a qarşı belə halların niyə baş verməsini başa düşmürəm. Baş məşqçi Saşa İliç hakimə heç nə demədi. Amma birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı.

- Rüstəm Əhmədzadə əvəzləynən zaman çox əsəbi idi və birbaşa paltardəyişmə otağına getdi. Onu cəza gözləyir?

- Peşəkar futbolçu əslində sevinməlidir ki, oynayır. Futbol fərdi idman növü deyil. Komanda üçün hər şey etməlisən.

- Oyunun hakimi əslən gəncəlidir. Sizcə, bu, normaldır?

- Bu, gülməlidir. Məncə, haqsızlıqdır. "Kəpəz"i təbrik edirəm. Hər şeydən əvvəl peşəkar olmaq lazımdır. Gənc oyunçunu da fikirləşmək lazımdır. 18 yaşlı futbolçu belə haqsızlıqla qarşılaşırsa, onun gələcəyinə təsir edə bilər.

- Təyinatlar açıqlananda baxırsız? VAR hakimi də təcrübəsindir...

- Əslində təhlil etmirəm. Mənim əsas işim oyunçularla bağlıdır. Ola bilər ki, "Qəbələ" ilə oyunumuzun hakimlərindən hansısa bu klubun futbolçusu olub. Bunun bizim üçün fərqi yoxdur.

Seçilən
4
6
sportinfo.az

3Mənbələr