AZ

Merz İrəvana səfərdən imtina etdi

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammiti Almaniya kansleri olmadan baş tutacaq.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Almaniya kansleri Fridix Merz digər öhdəliklərinə görə səfərdə iştirak edə bilməyəcək. Almaniya hökumətinin nümayəndəsi Eszer Uhle isə kanslerin yerinə nümayəndə heyətinə kimin rəhbərlik edəcəyini açıqlamayıb.

Bildirilir ki, Merz vəzifəyə başladıqdan sonra iki sammitdə iştirak edib, ondan əvvəl isə sabiq kansler Olaf Şolts beş görüşdə Almaniyanı təmsil edib. Kanslerin Avropa Siyasi Birliyinə daxil olan təxminən 50 ölkə ilə daimi əlaqə saxladığı vurğulanıb. İrəvanda keçiriləcək sammitdə Ukrayna və Türkiyə də daxil olmaqla, demək olar ki, bütün Avropa ölkələrinin nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin sammiti mayın 4-də İrəvanda baş tutacaq və bu, Ermənistanda keçirilən ilk belə tədbir olacaq. Platforma Avropa ölkələri liderlərinin ildə iki dəfə keçirilən görüşləri üçün nəzərdə tutulub.

Mayın 5-də isə İrəvanda ilk dəfə “Ermənistan – Avropa Birliyi” sammiti keçiriləcək. Ermənistanı Baş nazir Nikol Paşinyan, Avropa Birliyini isə Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen təmsil edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
35
axar.az

10Mənbələr