“Neftçi”nin hücumçusu Alessio Kurçi Sportinfo.az-a müsahibə verib.
24 yaşlı lüksemburqlu “ağ-qaralar”ın “Qarabağ” üzərində qazandığı 2:1 hesablı qələbədən sonra sualları cavablandırıb.
- Hədsiz dərəcədə xoşbəxt görünürsünüz...
- Qələbədən sonra hamı belə olur. Zəhmətlə qazanılan 3 xal oldu. Hər kəsi təbrik edirəm.
- 1:5-dən sonra 2:1-i təsəvvür edirdin?
- Hər oyunda məqsədimiz qalib gəlməkdir. Böyük hesabla uduzduğumuz matçda səhvlərə yol vermişdik. Təhlillər zamanı səhvlərimizi gördük və bir daha təkrarlamamağa çalışdıq. Bilirdim ki, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirsək, yekun nəticə xeyrimizə olacaq. Əsas olan istəmək və döyüşməkdir.
- Bu dərəcədə sevincli görünməyinizin səbəbi rəqibin “Qarabağ” olmasına görədir?
- “Qarabağ” kimi komandanı məğlub etmək, üstəgəl, qələbə qolunu son dəqiqələrdə vurmaq – həqiqətən xoş hislərdir. Vu bu qələbə sayəsində turnir cədvəlində “Zirə”ni geridə qoyduq. Hər şey bir qələbənin içində cəmlənib.
- “Neftçi” sonuncu dəfə “Qarabağ”ı nə vaxt udmuşdu? Xəbərin var?
- Səhv etmirəmsə, 4-5 il əvvəl olub.
- Bəli, 2021-ci ilin mayın 19-da.
- Uzun müddət imiş
- Özünüzü qəhrəman hesab edirsiniz?
- Məncə, bu komanda “Neftçi” tarixinin bir hissəsidir. Fikrimcə, bu qələbə uzun müddət yaddaşlardan silinməyəcək. Klubun adına yaxşı işlər görməyə çalışırıq. Görüləcək işlər çoxdur.
HƏBİB