Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu ilin mart ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 46 % artaraq 9 milyard 560 milyon manat təşkil edib.
Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,291 milyard manatı (86,7 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 267 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,7 %-ni təşkil edib.
Bu il aprelin 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 409 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,3 %, ilin əvvəli ilə müqayisədə 2 %, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 11,9 % artaraq 20,338 milyon, kredit kartlarının sayı isə 9,1 % azalaraq 2,071 milyon olub. Martda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 13,356 milyard manat (illik müqayisədə 40,4 % çox) və 714 milyon manat (0,8 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 6,3 %, POS-terminalların sayı isə 46 % artaraq müvafiq olaraq 3 586 ədəd (Bakı üzrə 1 927 ədəd) və 184 391 ədəd (Bakı üzrə 114 420 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.