AZ

Tehran addım atdı, indi söz Vaşinqtondadır

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müharibənin başa çatdırılması planı Pakistana təqdim olunub, indi isə növbə Vaşinqtondadır.

Axar.az xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

Onun sözlərinə görə, İran İslam Respublikası münaqişənin vasitəçisi qismində çıxış edən Pakistana müharibənin tam dayandırılması üçün öz planını təqdim edib:

“İndi "top" Amerikanın tərəfindədir. Ya diplomatiya yolunu seçmək, ya da qarşıdurma kursunu davam etdirmək... Tehran hər iki ssenariyə hazırdır, o cümlədən mümkün hücumların dəf edilməsinə, lakin milli maraqlara əsaslanaraq danışıqlara sadiq qalır”.

Qeyd edək ki, səfirlərlə görüşdən əvvəl Qəribabadi Rusiya və Çin səfirləri ilə üçtərəfli danışıqlar da aparıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
axar.az

1Mənbələr