AZ

Məqsədlərimizə bir addım daha yaxınlaşa bildik Jorje Kaşkilya

ain.az, Fanat saytına istinadən bildirir.

“Araz-Naxçıvan”ın baş məşqçisi Xorxe Kaşkilya Misli Premyer Liqasının 30-cu turunun “İmişli” ilə oyunundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:

Əvvəla, oyunçularımı təbrik etmək istəyirəm. Bu təbrik yalnız bugünkü oyunla deyil, bütün çempionat boyu göstərdikləri performansla bağlıdır. Bu qarşılaşmanın əhəmiyyəti ondan ibarət idi ki, məqsədlərimizə bir addım daha yaxınlaşa bildik. Bugünkü qələbə ilə 99 faiz Premyer Liqada yerimizi təmin etmiş sayılırıq.

Bir daha həm komandanı, həm oyunçuları, həm də bütün texniki heyəti təbrik edirəm. Çünki birinci liqadan yüksələn komanda olmağımıza baxmayaraq, artıq 35 xal toplamışıq. "Sumqayıt"la oyundan sonra hesabımıza yazılmayan -3 xal olsa da, biz həmin xalları özümüz üçün həmişə nəzərə alırıq. Birinci liqadan gəlib bu qədər xal toplamaq ciddi göstəricidir. Üstəlik, səfər oyunlarının yeddisində qələbə qazanmışıq ki, bu da “İmişli" üçün tarixi nailiyyətdir. Bu uğura görə klubu təbrik edirəm.

Azarkeşlərimizə də xüsusi təşəkkürümü bildirirəm. Onlar hər zaman uzun yollar qət edərək bizi dəstəkləyiblər.

Oyuna gəldikdə isə, fikrimcə, qələbəmiz tam ədalətli oldu. Birinci hissədə yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə isə küləyin bizim əleyhimizə olacağını bilirdik və "Araz"ın uzun ötürmələrlə təhlükə yaradacağını gözləyirdik. Buna baxmayaraq, oyuna nəzarəti əldən vermədik və rəqibin hücumlarını effektiv şəkildə neytrallaşdırdıq. Əks-hücumlarda fərqi artırmaq imkanlarımız da oldu, bir neçə epizodda ikinci qolu vura bilərdik və hesab 2:0 ola bilərdi. Lakin ümumi nəticədən razıyıq".

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
3
fanat.az

3Mənbələr