AZ

İngiltərə Premyer Liqası: “Arsenal” çempionluq yolunda vacib qələbə qazanıb

Bakı, 2 may, AZƏRTAC

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV turun daha 4 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Arsenal” “Fulhem”i qonaq edib. London derbisi “topçular”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçlarında “Brentford” “Vesthem”ə 3:0, “Nyukasl” “Brayton”a 3:1 hesabı ilə qalib gəlib, “Vulverhempton” isə “Sanderlend”lə 1:1 hesablı heç-heçə edib.

Bu nəticələrdən sonra “Arsenal” 76 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 oyun az keçirən “Mançester Siti” 70 xalla 2-ci pillədə qərarlaşıb. İlk “üçlüyü” isə 61 xalı olan “Mançester Yunayted” tamamlayır.

Qeyd edək ki, XXXV turun digər oyunları mayın 3-4-də keçiriləcək.

 

Seçilən
129
3
azertag.az

10Mənbələr