AZ

Almaniya mülki infrastrukturu hərbi məqsədlərə uyğunlaşdırmağa başlayıb

Almaniya hökuməti mülki infrastrukturu hərbi məqsədlərə uyğunlaşdırmağa başlayıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Bremerhaven şəhərində yerləşən Avropanın ən böyük avtomobil limanı €1,35 milyardlıq modernizasiyadan keçiriləcək.

Layihə çərçivəsində yükləmə platformaları gücləndirilərək “Leopard” tankları kimi ağır hərbi texnikanın daşınmasına uyğunlaşdırılacaq.

Bu təşəbbüs 2026-cı il büdcəsinə daxil edilib və Almaniyanın mümkün müharibəyə hazırlıq strategiyasının tərkib hissəsi sayılır.

Seçilən
72
4
apa.az

3Mənbələr