Türkiyə Super Liqasında XXXII turun oyunları davam edir. Metbuat.az xəbər verir ki, turun ikinci oyun günündə üç qarşılaşma keçirilib.Lider Qalatasaray səfərdə Samsunspor ilə qarşılaşıb. Beş qolun vurulduğu matçda qonaqlar rəqibini 4:1 hesabı ilə məğlub edib.Fənərbaxça doğma azarkeşləri önündə Başakşəhər ilə üz-üzə gəlib. “Sarı-lacivərdlilər” bu oyunda 3:1 hesablı qələbə qazanıb.Trabzonspor isə Göztəpə ilə matçda heç-heçə edib – 1:1.