AZ

“Atletiko Madrid” səfərdə “Valensiya”nı məğlub etdi

İspaniya çempionatının 34-cü turu çərçivəsində “Valensiya” ilə “Atletiko Madrid” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Valensiyada yerləşən “Mestalla stadionu”nda oynanılıb. Görüşün baş hakimi Xose Munuera Montero olub.

Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 74-cü dəqiqədə “Atletiko”nun hücumçusu İker Luke tərəfindən açılıb. 82-ci dəqiqədə isə Migel Lyorente fərqlənərək hesabı artırıb.

“Valensiya” hazırda İspaniya çempionatında 34 oyundan sonra topladığı 39 xalla 11-ci pillədə qərarlaşıb. “Atletiko” isə 63 xalla turnir cədvəlinin dördüncü sırasında yer alır.

Növbəti turda “Valensiya” səfərdə “Atletik Bilbao” ilə mayın 10-da qarşılaşacaq. Madrid təmsilçisi isə mayın 9-da öz meydanında “Selta Viqo”nu qəbul edəcək.

Seçilən
56
90deqiqe.az

1Mənbələr