AZ

Tramp: Biz piratlar kimiyik, amma oyun oynamırıq

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Biz piratlar kimiyik, amma oyun oynamırıq".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında ABŞ-ın tətbiq etdiyi blokadadan danışarkən bildirib.

ABŞ-nin İrana tətbiq etdiyi dəniz blokadasına toxunan Tramp deyib: "Biz okeandakı böyük səsgücləndiricilərdən İran gəmilərinə deyirik ki, silahımız tuşlandı, gəminizi çevirin. Onlar isə deyirlər: "Bəli, bəli, biz İrana qayıdırıq".

19 apreldə Hərbi Dəniz Qüvvələrinin İrana məxsus "Tuska" yük gəmisini ələ keçirməsindən danışan Tram bildirib: "Biz gəmini ələ keçirdik. Yükü ələ keçirdik. Nefti ələ keçirdik. Bu, çox gəlirli bir işdir. Kim ağlına gələrdi ki, biz bunu edəcəyik? Bir növ, biz piratlar kimiyik, amma oyun oynamırıq".

Tramp əlavə edib ki, İranın 47 ildir Yaxın Şərqdə hər kəsə zülm edib və zorakılıq törədib: "İndi onların radarları, lideri yoxdur. Kiminlə davranacağımızı bilmirik. Bu, heç kimin lideri olmaq istəmədiyi yeganə ölkədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
sherg.az

4Mənbələr