AZ

​Maurinyo "Real Madrid"ə qayidır?

"Benfika"nın baş məşqçisi Joze Maurinyo karyerasını İspaniyanın "Real Madrid" klubunda davam etdirə bilər. Metbuat.az xəbər verir ki, bu iddia ilə Portuqaliya mediası çıxış edib. Xarici KİV məşhur məşqçinin İspaniya nəhəngindən təklif aldığını yazıb. Joze Maurinyo bu iddiaya münasibət bildirib. O, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb: "Sizi əmin edirəm, "Real Madrid"dən heç bir təklif almamışam".

Maurinyo gələn ay "Benfika" ilə müqaviləsinin başa çatacağını xatırladıb. Özünün futbolun içində olduğunu deyən təcrübəli mütəxəssis karyerasını davam etdirəcəyi klubla bağlı konkret qərarın olmadığını bildirib: "Gələn mövsüm hansı ölkədə, hansı klubda olacağımı siz hamıdan əvvəl öyrənəcəksiniz".

Seçilən
35
metbuat.az

1Mənbələr