AZ

Bacısının dəfnində halı pisləşdi, xəstəxanaya yerləşdirildi

Türkiyəli müğənni Zerrin Özər xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, bacısı Tülay Özərin dəfninə qatılan ifaçının halı pisləşib. Vəziyyəti ağırlaşan Z.Özər xəstəxanaya aparılıb. O, bu səbəbdən bacısının dəfnində iştirak edə bilməyib.

Qeyd edək ki, T.Özər ötən gün uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.

Z.Özər özü “borderline” (şəxsiyyət pozuntuları – uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir) xəstəliyindən əziyyət çəkir. (Axşam.az)

Seçilən
24
6
nocomment.az

7Mənbələr