ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gecə Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo”nun xəbərinə görə, şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınan hadisə zamanı “Chevrolet” markalı minik avtomobili ilə mopedlə toqquşub.
Nəticədə mopedin sürücüsü, 2009-cu il təvəllüdlü Yusif Babayev hadisə yerində ölüb.
17 yaşlı Yusif bu il orta məktəbi bitirərək, ali məktəbə səbədlərini verməyə hazırlaşırmış.
Yunis Quliyev


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.