AZ

Pentaqon gizli sənədləri Süni İntellektə etibar etdi

ABŞ Müdafiə Nazirliyi gizli sənədlərlə işləmək üçün yeni nəsil süni intellekt (Sİ) alqoritmlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. "Defence Express" nəşrinin məlumatına görə, bu addım hərbi idarəetmədə rəqəmsal transformasiyanın yeni mərhələsi hesab olunur.

Musavat.com xəbər verir ki, indiyədək Pentaqonun süni intellekt sistemləri yalnız məxfi olmayan hesabatlar, maliyyə sənədləri və strateji proqramların analizi ilə məhdudlaşırdı. Yeni qərardan sonra isə Sİ alqoritmləri birbaşa məxfi səviyyəli sənədlərin işlənməsinə və xüsusi tapşırıqların icrasına cəlb ediləcək.

Pentaqonun Baş Rəqəmsal Texnologiyalar və Süni İntellekt İdarəsi (CDAO) bu məsuliyyətli iş üçün ABŞ-ın 8 aparıcı texnologiya nəhənginə icazə verildiyini açıqlayıb:

SpaceX

OpenAI

Google

Nvidia

Reflection

Microsoft

Amazon Web Services

Oracle

Bu şirkətlər mülki bazarda "ChatGPT", "Gemini" və "CoPilot" kimi məşhur məhsulları ilə tanınsa da, Pentaqon üçün daha mürəkkəb və qapalı korporativ həllər təqdim edəcəklər. Xüsusilə "Nvidia" süni intellekt mexanizmlərinin əsas tədarükçüsü kimi bu prosesdə mühüm rol oynayır.

Məxfi statusla əlaqədar olaraq, yeni alqoritmlərin konkret olaraq hansı hərbi əməliyyatlarda və ya strateji planlamalarda istifadə ediləcəyi açıqlanmır. Lakin ekspertlər hesab edirlər ki, bu addım kəşfiyyat məlumatlarının sürətli analizi və qərar qəbulu prosesində ABŞ ordusuna ciddi üstünlük qazandıra bilər.

Musavat.com

Seçilən
29
50
musavat.com

10Mənbələr