AZ

Kuba prezidenti: ABŞ dən gələn hərbi təhdidlər görünməmiş səviyyəyə çatıb

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kuba prezidenti Migel Dias-Kanel ABŞ tərəfindən ölkəsinə yönələn hərbi təhdidlərin təhlükəli və görünməmiş səviyyəyə yüksəldiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

Dias-Kanel bildirib ki, ABŞ rəhbərliyi Kubaya qarşı hərbi təzyiqi artırır və bu vəziyyət beynəlxalq ictimaiyyətin diqqətində olmalıdır. Onun sözlərinə görə, bu cür addımlar kiçik, lakin təsirli maraq qruplarının məqsədlərinə xidmət edir.

Kuba lideri vurğulayıb ki, ölkə öz suverenliyini qorumaqda qətiyyətlidir. “Heç bir aqressor, nə qədər güclü olursa olsun, Kubada təslimçilik görməyəcək. O, öz müstəqilliyini və suverenliyini hər qarış torpaqda müdafiə etməyə hazır olan xalqla qarşılaşacaq”, – deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
1
sherg.az

2Mənbələr