AZ

Rusiyanın daha bir hava limanı uçuşları məhdudlaşdırdı

Pskov hava limanında təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə Rosaviasiya nümayəndəsi Artem Korenyako "Telegram" kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, bu tədbir uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir. Hava limanının fəaliyyətinin dayandırılması barədə paylaşım saat 23:55-də edilib.

Bu gecə oxşar tədbirlər Kostroma hava limanında da görülüb.

Seçilən
26
12
publika.az

10Mənbələr