AZ

Gölün ortasına yeni bir şəhər inşa edəcəklər FOTO

ain.az bildirir, Milli.az portalına istinadən.

Beynəlxalq memarlıq vizuallaşdırma studiyası olan "Dyatlov Studio" İtaliyanın məşhur Komo gölü üzərində təbiətlə tam harmoniyada olan "görünməz" ada konsepsiyasını təqdim edib.

Milli.Az xəbər verir ki, hazırda yalnız rəqəmsal mühitdə mövcud olan bu layihə memarlıq strukturlarının təbiətə hakim olması deyil, onunla uyğunlaşması ideyasına əsaslanır.

Dizaynerlər gölün təbii və hidrogeoloji quruluşunu qorumaq üçün memarlığı minimal xətlərlə birləşdirərək, mənzərə içərisində "itən" bir struktur kurgulayıblar.

Bu dizayn göl üzərindəki ənənəvi tikinti anlayışına alternativ olaraq həm modern memarlığı, həm də təbiət dostu bir qarşılıqlı əlaqəni hədəfləyir.

Layihə ətraf mühitə əlavə yük yaratmadan həm səmimiyyət, həm də bir inziva (tənhalıq) sahəsi təklif edir.

Konsepsiya internetdə geniş maraqla qarşılanıb; bəzi insanlar bunu "dahiyanə yanaşma" kimi qiymətləndirsə də, digərləri göl üzərindəki hər hansı tikinti ehtimalına ehtiyatla yanaşırlar.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
news.milli.az

1Mənbələr