AZ

Mayda bu bürclər diqqətli olsun!

Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.

May ayı yaz enerjisinin gücləndiyi, dəyişiklik və yenilənmə impulsunun artdığı bir mərhələdir. Astroloji baxımdan bu dövr bəzi bürclər üçün fürsət və yüksəliş, digərləri üçün isə səbr və diqqət tələb edən situasiyalarla yadda qala bilər.

“Yeni Sabah” xəbər verir ki, planet hərəkətləri xüsusilə karyera, maliyyə və münasibətlər sahəsində öz təsirini göstərəcək.

1. Buğa bürcü üçün may ayı xüsusilə uğurlu hesab olunur. Öz mövsümlərində olduqları üçün həm maddi, həm də şəxsi həyatlarında irəliləyiş mümkündür. Yeni iş təklifləri, gəlir artımı və münasibətlərdə sabitlik ön plana çıxa bilər.

2. Şir bürcü üçün də parlaq dövr başlayır. Karyera sahəsində diqqət mərkəzinə düşmək, rəhbərlik tərəfindən qiymətləndirilmək və yeni layihələrdə önə çıxmaq ehtimalı yüksəkdir.

3. Oxatanlar üçün ay yeni başlanğıclar və fürsətlərlə zəngin ola bilər. Təhsil, səyahət və şəxsi inkişafla bağlı gözlənilməz imkanlar ortaya çıxa bilər.

4. Balıqlar isə emosional baxımdan daha rahat bir mərhələyə qədəm qoya bilərlər. Uzun müddətdir gözlənilən bir xəbər və ya münasibətlərdə istiləşmə mümkündür.

5. Əkizlər üçün mayın ilk yarısı bir qədər gərgin keçə bilər. Planların dəyişməsi və qərarların yenidən nəzərdən keçirilməsi ehtiyacı yarana bilər. Ayın sonuna doğru vəziyyət daha sabit hala gələcək.

6. Qız bürcü iş və ailə balansında çətinliklərlə üzləşə bilər. Maliyyə məsələlərində ehtiyatlı davranmaq tövsiyə olunur.

7. Dolçalar üçün münasibətlər sahəsində sınaqlar mümkündür və açıq ünsiyyət problemlərin qarşısını almaqda əsas rol oynaya bilər.

8. Qoç bürcü üçün tələsik qərarlar risk yarada bilər. Xüsusilə maliyyə və karyera sahəsində düşünülməmiş addımlardan çəkinmək vacibdir.

7. Xərçənglər emosional dalğalanmalar yaşaya bilərlər, keçmişlə bağlı məsələlər yenidən gündəmə gələ bilər.

8. Əqrəblər üçün isə daxili gərginlik və iş mühitində anlaşılmazlıqlar ehtimal olunur. Bu dövrdə səbir və soyuqqanlılıq əsas açar olacaq.

9. Tərəzi və Oğlaq bürcləri üçün ay daha stabil keçə bilər. Böyük sıçrayışlar gözlənilməsə də, planlı və ardıcıl addımlar gələcək uğurun təməlini qoya bilər.

Ümumilikdə may ayı göstərir ki, şans yalnız ulduzlardan deyil, doğru qərarlardan da asılıdır. Fürsətləri vaxtında dəyərləndirənlər üçün yüksəliş, səbr nümayiş etdirənlər üçün isə güclənmə dövrü ola bilər.

Aydan Hacı 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
24
yenisabah.az

10Mənbələr