İspaniyanın Baş naziri Pedro Sançes İsraili “Sumud flotiliyası”nın fəalı Saif Abu Keşeki qanunsuz saxlamaqda ittiham edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Sançes bildirib ki, İsrail hakimiyyəti xarici vətəndaşları, o cümlədən İspaniya vətəndaşını “oğurlayıb”. O, saxlanılan şəxsin dərhal və tam azadlığa buraxılmasını tələb edib.
“Biz həmişə öz vətəndaşlarımızı qoruyacağıq, həmişə beynəlxalq hüququ müdafiə edəcəyik”, - deyə İspaniya hökumətinin başçısı vurğulayıb.
Məlumata görə, Saif Abu Keşek və braziliyalı fəal Tyaqu Avila Qəzzaya humanitar yardım aparan flotiliyada iştirak edərkən İsrail qüvvələri tərəfindən saxlanılıb. İsrail tərəfi onların dindirilmək üçün ölkəyə aparıldığını bildirib.
Hadisə İspaniya ilə İsrail arasında gərginliyi daha da artırıb. Madrid saxlanılmanı qanunsuz hesab edir və fəalın azad edilməsini tələb edir. İsrail Xarici İşlər Nazirliyi isə hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
Bizim.Media