Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukraynalılar daha sürətli qocalmağa başlayıb, bir çoxunun bioloji yaşı pasport yaşını 10-15 il üstələyir.
Sherg.az xəbər verir ki, bu barədə TSN telekanalı Kiyev Gerontologiya İnstitutunun tədqiqatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, Ukrayna vaxtından əvvəl qocalma üzrə dünyada ön sıralardadır. Alimlər ölkədə ömür uzunluğunun azalacağını proqnozlaşdırırlar.
“Əfsuslar olsun ki, ömür uzunluğunun əhəmiyyətli dərəcədə azalacağını gözləyirik… Burada məsələ tibbdə deyil, sosial şəraitdədir”, - deyə institutun direktoru Boris Mankovski telekanala bildirib.
Ukraynalıların sürətlə qocalmasının əsas səbəbləri kimi xroniki stress, yuxusuzluq, yüksək narahatlıq səviyyəsi və istilik çatışmazlığı göstərilir. Ən həssas qruplar hərbçilər, gənclər və orta yaşlı qadınlardır.
Daha əvvəl həkimlər yuxu çatışmazlığının beyin qocalması riskini artırdığı barədə də xəbərdarlıq ediblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.