AZ

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Britaniyalı milyarder Co Lyuis sənət kolleksiyasının böyük hissəsini satışa çıxarmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, hərrac iyun ayında Londonda “Sotheby’s” tərəfindən keçiriləcək.
 

Hərrac evinin qiymətləndirməsinə görə, satışdan 150-200 milyon funt sterlinq gəlir əldə oluna bilər. Bu baş verərsə, kolleksiya Böyük Britaniyada indiyədək satılmış ən bahalı şəxsi kolleksiya olacaq.


Hazırda rekord Polina Karpidasın kolleksiyasına məxsusdur. Onun kolleksiyası ötən ilin sentyabrında “Sotheby’s”də 101 milyon funta satılmışdı.

İyundakı hərracda Frensis Bekon, Lusyen Freyd, Modilyani, Klimt, Şile, Kaybot, Sutin və Pikassonun əsərləri təqdim ediləcək.

Əsas lotlar arasında Qustav Klimtin “Gertruda Lövenin portreti” əsəri, Amedeo Modilyaninin “Tütəkli kişi” tablosu, Frensis Bekonun avtoportret etüdləri və Eqon Şilenin “Danae” əsəri var.
 

Kolleksiya Co Lyuis və qızı Vivyen tərəfindən onilliklər ərzində formalaşdırılıb. Ailə nümayəndələri kolleksiyanın hələ də inkişaf etdiyini və müasir rəssamların əsərləri ilə zənginləşdirildiyini bildiriblər.


Qeyd edək ki, 89 yaşlı Co Lyuisin sərvəti təxminən 7 milyard dollar qiymətləndirilir. O, “Tavistock Group” investisiya qrupunu idarə edir.

Bizim.Media

Seçilən
2
50
bizim.media

10Mənbələr