AZ

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

Mayın 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Aznews.az xəbər verir ki, mayın 3-ü saat 11:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağıntılı olub.

Düşən yağıntının miqdarı Lerikdə 5, Lənkəranda 4, Quba, Astarada 3, Sədərəkdə 2, Naxçıvan, Şahbuz, Culfa, Daşkəsən, Naftalan, Zaqatala, Balakən, Şəki (Kişçay), Qəbələ, Qusar, Xaltan, Şabran, Tərtər, Yardımlıda 1 mm-dək qeydə alınıb.

Mayın 3-də gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 21 m/s-dək güclənib.

Seçilən
21
50
aznews.az

10Mənbələr