AZ

Turkish Airlines 18 beynəlxalq istiqamət üzrə uçuşları dayandırır - SƏBƏB

Türkiyənin “Turkish Airlines” aviaşirkəti 18 beynəlxalq istiqamət üzrə uçuşları mərhələli şəkildə dayandırır.

Bizim.Media xəbər verir ki, bu barədə aviasiya portalları məlumat yayıb.

Dəyişikliklər İstanbuldan həyata keçirilən reyslərə aiddir və 2026-cı ilin may-iyun aylarından qüvvəyə minəcək.

Uçuşların dayandırıldığı istiqamətlər arasında Aqaba, Billund, Bisau, Fərqanə, Fritaun, Havana, Hurqada, Cuba, Kinşasa, Kərkük, Leypsiq/Halle, Librevil, Luanda, Lusaka, Monroviya, Nəcəf, Puant-Nuar və Türkistan var.
 

Məlumata görə, qərar yanacaq xərclərinin artması, geosiyasi gərginliklər və sərnişin tələbatının azalması fonunda qəbul edilib. May-oktyabr aylarında şirkətin cədvəlindən həftəlik 100-dən çox uçuş çıxarılıb, ən böyük ixtisar isə may və iyun aylarına təsadüf edir.


İran şəhərlərinə reyslər isə ayrıca olaraq fevraldan bəri dayandırılıb. Tehran istiqamətində uçuşların iyundan bərpa olunması planlaşdırılır.

Bizim.Media

Seçilən
0
37
bizim.media

10Mənbələr