Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Day.Az-а verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.