AZ

Lebron yenə tarix yazdı

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Leykers”in amerikalı forvardı Lebron Ceyms “Hyuston”la seriyanın 3-cü oyununda hesabına 29 xal, 13 ribaund və 6 məhsuldar ötürmə yazdı. 41 yaşlı basketbolçu 40 yaşı tamam olandan sonra pley-offda minimum 20 xal və 10 ribaund toplamağı bacardığı oyunların sayını 4-ə çatdırmaqla bu göstəricidə də yeni rekord müəyyənləşdirdi. Lebron əfsanəvi Kərim Əbdül-Cabbarı (3) arxada qoydu. Ümumiyyətlə, bu pley-off seriyasında “Leykers” aşkar favoritdi. “Gölməçəsevərlər” ilk üç qələbənin ardından seriyanın dünən keçirilən 4-cü oyununda uduzmaqla konfrans yarımfinalına vəsiqə qazanmaq niyyətini bir neçə günlüyə təxirə saldı.konfrans 1/4 finalları24 aprelAtlanta – Nyu-York 109:108 (33:21, 25:29, 30:30, 21:28)Seriyada hesab – 2:1.Toronto – Klivlend 126:104 (31:25, 23:29, 29:27, 43:23)Seriyada hesab – 2:1.Minnesota – Denver 113:96 (25:11, 36:28, 27:29, 25:28)Seriyada hesab – 2:1.25 aprelFiladelfiya 76 – Boston 100:108 (24:29, 23:25, 27:25, 26:29)Seriyada hesab – 1:2.Hyuston – Leykers 108:112 ОТ (32:39, 20:24, 23:17, 26:21, 7:11)Seriyada hesab – 1:2.Portlend – San-Antonio 108:120 (29:27, 36:32, 22:29, 21:32)Seriyada hesab – 1:2.Orlando – Detroyt 113:105 (26:26, 35:28, 26:25, 26:26)Seriyada hesab – 2:1.Finiks – Oklahoma-Siti 109:121 (28:33, 25:29, 26:25, 30:34)Seriyada hesab – 0:3.26 aprelAtlanta – Nyu-York 98:114 (20:27, 24:31, 21:28, 33:28)Seriyada hesab – 2:2.Minnesota – Denver 112:96 (22:23, 28:31, 32:24, 30:18)Seriyada hesab – 3:1.Toronto – Klivlend 93:89 (14:17, 24:19, 22:22, 33:31)Seriyada hesab – 2:2.Portlend – San-Antonio 93:114 (25:23, 33:18, 16:33, 19:40)Seriyada hesab – 1:3.27 aprelFiladelfiya 76 – Boston 96:128 (18:34, 20:22, 36:39, 22:33)Seriyada hesab – 1:3.Hyuston – Leykers 115:96 (26:21, 30:26, 34:18, 25:31)Seriyada hesab – 1:3.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
icma.az

4Mənbələr