AZ

Dəfndə müzakirə yaradan GÖRÜNTÜ VİDEO

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dəfn mərasimində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, hadisə zamanı mərhumun torpağa tapşırılması üçün qəbiristanlığa toplaşan insanlar gözlənilməz anlarla üzləşiblər. Belə ki, qəfil şəkildə əraziyə vəhşi heyvanın daxil olub. Bu vəziyyət iştirakçılar arasında panikaya səbəb olub.

Qorxuya düşən şəxslər tabutu daşıyarkən nəzarəti itiriblər. Nəticədə tabut mərhumla birlikdə yaxınlıqda yerləşən su ilə dolu hovuza düşüb. Hadisə anı ətrafdakı şəxslər tərəfindən lentə alınaraq sosial mediada paylaşılıb.

Yayılan görüntülər qısa zamanda geniş rezonans doğurub və istifadəçilər arasında müxtəlif fikirlərə səbəb olub. Hadisənin hansı ərazidə baş verdiyi və vəhşi heyvanın növü ilə bağlı isə dəqiq məlumat verilməyib.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
news.milli.az

10Mənbələr