Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ administrasiyası İranla müharibə fonunda prezident Donald Tramp ilə NATO-nun avropalı üzvləri arasında gərginliyin artdığı bir vaxtda Almaniyadan 5 min hərbçini çıxaracağını açıqlayıb.
Qaynarinfo "The Sunday Times"a istinadən xəbər ki, Pentaqonun baş sözçüsü Şon Parnell bu prosesin növbəti 6–12 ay ərzində başa çatacağını bildirib.
Tramp "Truth Social" platformasında ABŞ-ın Almaniyadakı qoşun sayını azaltmağı nəzərdən keçirdiyini yazıb. Bu addımın Almaniya kansleri Fridrix Merzin Vaşinqtonun İranla müharibədə "alçaldıldığını” deməsinə cavab olduğu ehtimal edilir. ABŞ prezidenti jurnalistlərə açıqlamasında çıxarılacaq hərbçilərin sayının 5 mindən xeyli çox ola biləcəyini də vurğulayıb.
Şon Parnell bildirib ki, bu qərar Avropadakı ABŞ qüvvələrinin sayını təxminən 2022-ci ildən əvvəlki səviyyəyə qaytaracaq, yəni Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəlki dövrə. Onun sözlərinə görə, qərar ABŞ Müdafiə Nazirliyinin Avropadakı qüvvələrinin yerləşdirilməsi ilə bağlı geniş təhlil əsasında və əməliyyat şəraiti nəzərə alınmaqla qəbul edilib. Bu, eyni zamanda 2026-cı il milli müdafiə strategiyasında əks olunan Avropadan qismən geri çəkilmə kursuna uyğun qiymətləndirilir.
Məlumata görə, ötən ilin sonunda Almaniyada 36 500 ABŞ hərbçisi yerləşirdi. Müqayisə üçün, 1989-cu ildə Qərbi Almaniyada bu rəqəm təxminən 250 min idi. Eyni zamanda Avropadakı ən böyük ABŞ aviabazası Almaniyanın cənub-qərbində yerləşən Ramştayn şəhəri yaxınlığındadır və Ukraynaya silah tədarükünün koordinasiyasında mühüm rol oynayır.
NATO nümayəndələri ABŞ-la bu qərarın detalları üzrə işlədiklərini bildiriblər. Alyansın sözçüsü Ellison Hart qeyd edib ki, bu dəyişiklik Avropanın müdafiəyə daha çox sərmayə qoymasının və kollektiv təhlükəsizlikdə daha böyük məsuliyyət götürməsinin vacibliyini göstərir. Onun sözlərinə görə, NATO bu keçid dövründə də çəkindirmə və müdafiə qabiliyyətini qoruyub saxlayacaq.
Tramp isə sosial şəbəkələrdə Mertsə Ukrayna ilə bağlı sülh səylərinə fokuslanmağı tövsiyə edib və Almaniyanı "dağılmış ölkə” adlandırıb. ABŞ prezidenti bildirib ki, Almaniya kansleri diqqətini daxili problemlərə, o cümlədən miqrasiya və enerji məsələlərinə yönəltməlidir.
Öz növbəsində Fridrix Merz İranın gözləniləndən daha güclü olduğunu və ABŞ-ın danışıqlarda inandırıcı strategiya nümayiş etdirmədiyini deyib. Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə ölkəsinin ABŞ qoşunlarının mümkün azaldılmasına hazır olduğunu vurğulayıb və bu məsələnin NATO çərçivəsində müzakirə edildiyini bildirib.
"The Sunday Times" xatırladır ki, Tramp ilk prezidentlik dövründə də Almaniyadan təxminən 9 500 hərbçinin çıxarılması ilə hədələmişdi, lakin bu plan tam həyata keçirilməmişdi. Bununla belə, son vaxtlara qədər Tramp administrasiyası Berlini müdafiə xərclərini artırdığı və Ukraynaya dəstəkdə daha fəal rol oynadığı üçün müsbət qiymətləndirirdi.
Aydın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.