AZ

Rusiya Dnepropetrovsk vilayətində yanacaqdoldurma məntəqəsini vurub, yaralananlar arasında uşaq və hamilə qadın var

Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin Kriniçanska ərazisində yanacaqdoldurma məntəqəsi yaxınlığına zərbə endirib.

UNİNAN-ın məlumatına görə, nəticədə yaralananlar var.

Yaralılar arasında 10 yaşlı uşaq və hamilə qadının olduğu bildirilir. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Hanja məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində yük avtomobili yanıb, həmçinin 40 uşağı daşıyan avtobusa ziyan dəyib.

“Hücum zamanı uşaqlar nəqliyyat vasitəsini vaxtında tərk edə biliblər. Hazırda onlar təhlükəsiz əraziyə təxliyə olunub və onlarla psixoloqlar işləyir”, – deyə o əlavə edib.

Seçilən
25
50
apa.az

10Mənbələr