AZ

"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları yarımfinalda

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində çıxış edən iki Azərbaycan təmsilçisi yarımfinala adlayıb. 

Fanat.Az xəbər verir ki, ağır çəkidə mübarizə aparan Uşanqi Kokauri ilə Camal Qamzatxanov finalın bir addımlığına gəliblər. 

+100 kq çəki dərəcəsində çıxış edən Uşanqi ardıcıl qələbələrlə diqqət çəkib. O, əvvəlcə iranlı, daha sonra isə Rumıniya təmsilçisini ipponla məğlub edərək adını ən güclü dördliyin siyahısına yazdırıb.

Eyni çəki dərəcəsində yer alan digər cüdoçumuz Camal Qamzatxanov da rəqibi üçün keçilməz olub. O, monteneqrolu Yovan Pekoviçi ipponla üstələyərək ikinci yarımfinalçımız olub.

Cüdoçularımızın yarımfinaldakı rəqibləri müəyyənləşib. Camal Rusiya təmsilçisi Bislan Katamardov, Uşanqi isə Polşa nümayəndəsi Yakub Sordil ilə qarşılaşacaq.

Seçilən
3
fanat.az

1Mənbələr