AZ

Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib.

Prezident

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol NavrotskiyəHörmətli cənab Prezident,3 May – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan ilə Polşa arasında əlaqələr dərin tarixi köklərə və xoş ənənələrə əsaslanır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin və səmərəli əməkdaşlığımızın inkişafına xüsusi əhəmiyyət veririk.İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi, qarşılıqlı fəaliyyətimizin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.Hörmətlə,İlham ƏliyevAzərbaycan Respublikasının Prezidenti

Diqqət Çəkənlər

Xəzərdə zəlzələ olub

Diplomatik korpusun nümayəndələri Laçında

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

Seçilən
22
50
ulusum.az

10Mənbələr