Bərdə rayonunda asfalt örtüyünə yağ tökülməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, yolun həddindən artıq sürüşkən olması avtomobillərin idarəetmədən çıxmasına gətirib çıxarıb. Nəticədə bir neçə nəqliyyat vasitəsi bir-birinə çırpılıb və zəncirvari qəza qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Şahanə Rəhimli
Musavat.com