AZ

AVF in rəsmisi Çempionlar Liqasının Dördlər Finalı nda

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov qadınlar arasında Çempionlar Liqasının "Dördlər Finalı"nda CEV nümayəndəsi kimi iştirak edir.

Apasport.az xəbər verir ki, Cəfərov Türkiyənin İstanbul şəhərində təşkil olunan nüfuzlu turnir zamanı hakimlərin və supervayzerin fəaliyyətini qiymətləndirir, oyunların beynəlxalq standartlara uyğun təşkili və idarə olunmasına nəzarət edir.

Qeyd edək ki, "Dördlər Finalı" Avropanın ən güclü qadın voleybol klublarının mübarizə apardığı mötəbər yarışlardan biridir. Bu il həlledici mərhələdə İtaliyanın "Konelyano" və "Skandiççi", həmçinin Türkiyənin "VakıfBank" və "Eczacıbaşı" komandaları çempionluq uğrunda mübarizə aparırlar.

“Tovuz” Azərbaycan çempionu oldu

"Xilasedici" Azərbaycan çempionu olub - FOTOLAR

“Neftçi” bürünc medalçı oldu

“DH Volley” komandası voleybol meydançası inşa edib

Yüksək Liqa: Final oyunlarının tarixləri açıqlanıb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
26
apasport.az

10Mənbələr