İranın ABŞ ilə danışıqlarda əsas şərtlərindən biri Livana hücumların tamamilə dayandırılmasıdır.
Redaktor.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.
"Ölkənin istənilən danışıqlar üçün şərti aydındır - bu, Livana qarşı təcavüzün tamamilə dayandırılmasına zəmanət verilməsidir", - o bildirib və əlavə edib ki, İran ilə Livanın cəbhəsi birdir.
Əli Nikzadın sözlərinə görə, Hörmüz boğazının bağlanması livanlılar üçün sülh və əmin-amanlığa nail olmaq məqsədilə edilib:
"Hörmüz boğazına nəzarət İranın hüququ və qırmızı xəttidir. İran bu məsələ ilə bağlı region ölkələri ilə razılığa gələcək".