Axtarılan yaşlı qadın tapıldı, oğlu əziyyəti keçən hər kəsə təşəkkür etdi
7NEWS.az xəbər verir ki, 2 gündü axtarılan yaşlı qadın tapılıb. Bu barədə oğlu Atatürk Kamallı status paylaşıb, əziyyəti keçən bütün qurumlara təşəkkür edib: "Çox sağolun! Mən belə bir kamanda ruhunu birliyi birdə ikinci Qarabağ müharibəsində görmüşdüm. Respublikada sanki bir iynə axtarırdıq. Axır ki tapdıq!
Bu iki gün bizə bir imtahan oldu necə keçdik Allah bilir! Ancaq bizimlə yanaşı bir çoxları bu imtahandan keçdi, hər dəfəsində deyəndəki əzizlərim doğmalarım yetər ki tapın bir ömür sizə borcluyam, mən borcluyam dedikcə onlar bu bizim borcumuzdur insanlığ borcu deyirdilər. Dedikcədə dahada imtahanımızı ağırlaşdırırdılar.
Sıralaması ilə başlayım. Əmin olun hər cümləsində fikrimin səmimiyəm.
Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin polis əməkdaşları Allah sizləri qorusun!Amin!
DİN mətbuat xidmətinin rəisi Polis Polkovnik- Leytenantı Cənab Elşad Hacıyevə
43- cü Polis Şöbəsinin Rəisi Polis Polkovnik- Leytenantı Cənab Əhməd Məlikova
43- cü Polis Şöbəsinin Baş Əməliyyat Müvəkkili Polis Mayoru Əli Əliyevə
43- cü Polis Şöbəsinin Məsul Növbətçisi Polis Kapitanı Cənab Elvin Kərimova
Sabunçu rayonun DİN əməkdaşı Cənab Tofiq Əhmədova
Bütün Post Patrul Xidmətinə onun əməkdaşlarına
Xətai rayonu 37 saylı Polis bölməsinin əməkdaşı Cənab Aslanov Aslana
Təşəkkürümü bildirirəm. Azərbaycanın güclü ləyaqətli polislərinə minnətdarlığımı bildirirəm. Göstərdiyiniz əvəzsiz xidmət sayəsində ən qısa zamanda anamı tapdıq. Sizinlə qürur duyuram fəxr edirəm. Azərbaycan Polisi Allah sizi qorusun Amin!
Bu hadisədə Polislə yanaşı əvəzsiz dəstəyini göstərdiyi üçün əziz Kübra xanıma Oxu.az saytının rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Ölkə.az , Qafqazinfo, 7news.az Sabuhi Mubarizoglu Abbasov a, bakues, azxeber adlarını çəkdiklərim gözümdən yayınanlar hər birinizə təşəkkürümü bildirirəm.
Dəyərli qardaşlarım Hüseyn Nağıyev Hafiz Bakhshaliyev Azer Huseynov Ehmed Zaur Mamed Elçin Bəxtiyar Zülfüqar mənimlə birgə stress keçirdiniz əziyyət çəkdiniz. Təşəkkür edirəm!
Bu hadisədə həssaslıq göstərən bütün doğmalar qohumlar dostlar tanıdıqımız tanımadıqımız soydaşlarımıza əziz möhtərəm dəyərli xalqımıza təşəkkürümü bildirirəm.
1 nömrəli dispanserin əməkdaşlarına tibb bacılarına Azərbaycan Respublikasının təcili tibbi yardımına təşəkkürümü bildirirəm. Allah sizi qorusun. Amin! Anam Tapıldı!"