AZ

“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR VİDEO

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyəli bloqerin Azərbaycanlı qadınlarla bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az-ın məlumatına görə, bloqer bildirib ki, Azərbaycandan Türkiyəyə gələn qadınların əsas məqsədi işləmək və ailələrinə dəstək olmaqdır:

"Azərbaycanlı qadınlar ölkəmizə işləmək üçün gəlirlər. Çörək pulu üçün çalışırlar. Sonra öz ölkələrinə qayıdıb ev alırlar. Onlar bizim qonağımızdır. Bura eşq məsələləri üçün gəlməyiblər. Əgər bunu düşünsəydilər, öz ölkələrindəki kişilərlə bunu edərdilər. Onların tək fikri uşaqlarına gözəl gələcək qurmaqdır. Deməyim odur ki, azərbaycanlı qadınları boşuna narahat etməyək. İstəsələr, başqa yolla əldə edərdilər".

Sözügedən açıqlama qısa zamanda sosial mediada yayılaraq reaksiyalar doğurub. İstifadəçilər bloqerin fikirlərini dəstəkləyərək onun azərbaycanlı qadınların zəhmətini və məqsədlərini doğru ifadə etdiyini qeyd ediblər. 

Mövzu ətrafında müzakirələr davam edir.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
11
news.milli.az

9Mənbələr