AZ

“Əgər İran özünü pis aparsa, ABŞ hücumları yenidən başlaya bilər”

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

“Mənə müqavilənin konsepsiyası haqqında məlumat verilib. İndi isə onunla daha yaxından tanış olacağam”.

Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, bunu ABŞ Prezident Donald Tramp İranın ABŞ-yə təqdim etdiyi 14 maddəlik sülh planı barədə danışarkən deyib.

İrana zərbələrin yenidən başlaya biləcəyi ilə bağlı suala isə Tramp belə cavab verib:

“Mən bunu demək istəmirəm. Yəni, bunu müxbirə deyə bilmərəm. Əgər onlar özlərini pis aparsalar, ABŞ-nin hücumları yenidən başlaya bilər. Bu baş verə bilər”.

Qeyd edək ki, İranın 14 maddəlik təklifi hərbi təcavüzdən imtina zəmanətləri, ABŞ hərbi qüvvələrinin İran ətrafındakı ərazidən çıxarılması, dəniz blokadasının ləğvi, İran aktivlərinin dondurulmasının ləğvi, təzminatların ödənilməsi, sanksiyaların ləğvi və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, eləcə də Hörmüz boğazında vəziyyətin tənzimlənməsi üçün yeni mexanizm və digər məsələləri əhatə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
14
yeniavaz.com

10Mənbələr