AZ

Pike: "Başqa ölkədə olsaydınız, sizi parçalayardılar"

İspaniya ikinci divizionunun 38-ci turunda “Andorra” evdə “Albasete”yə 0-1 hesabı ilə məğlub oldu.

"Ölkə.az" xəbər verir ki, “Andorra” rəhbərliyi iddia edir ki, qonaq komanda qolu qayda pozuntusundan sonra vurub, amma hakim bu məqamı qaçırıb, VAR isə müdaxilə etməyib.

90-cı dəqiqədə hakim “Andorra”nın qəzəbli məşqçisi Karles Manso və onun dörd köməkçisinə qırmızı vərəqə göstərib.

Baş hakim hesabatında “Andorra” rəhbərliyinin iddialarını təsvir edib: “Fasilə zamanı, meydana çıxmazdan əvvəl, paltardəyişmə otaqlarına aparan tuneldə olduğum zaman cənab Jerar Pike mənə yaxınlaşdı və hakimliyimlə bağlı etirazlarını bildirdi.

Matç bitən kimi, tuneldə cənab Kristian Lanzarote Abenosa birinci köməkçi hakimimə müraciət edərək, “Sən liqanın ən pis köməkçi hakimisən” deyərək bu ifadəni beş dəfə təkrarladı. Bundan dərhal sonra “Andorra” futbol klubunun idman direktoru cənab Xaume Noques mənə müraciət edərək dedi: “Federasiyaya məktub yazmağımıza baxmayaraq, səni bu oyuna xüsusi təyin etdilər. Sən alçaqsan!”

Hakim həmçinin Pike və digər klub rəhbərlərinin təhdidləri barədə məlumat verib.

Dayanacaqdan çıxmazdan bir az əvvəl, artıq hakimin maşınında olduğumuz zaman cənab Xaume Noques bizə müraciət edərək dedi: “Ümid edirəm ki, qəza keçirəcəksiniz”.

Nəhayət, cənab Jerar Pike matç nümayəndəsinə dedi: “Başqa bir ölkədə olsaydınız, sizi parçalayardılar, amma Andorra mədəni bir ölkədir”.(publika.az)

Seçilən
1
50
olke.az

10Mənbələr