01-03 may 2026-cı il tarixlərində Türkiyə Respublikasının Mersin şəhərində Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının dəstəyi və Türkiyə Kəndirlə Mübarizə İdmanı Federasiyasının təşkilatçılığı ilə “2nd TURAN CUP OPEN” beynəlxalq turniri keçirilmişdir.
Redaktor.az xəbər verir ki, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, gərgin və yüksək rəqabət şəraitində keçən turnirdə milli komandamız 420 kq-a qədər gənclər və 450 kq-a qədər böyüklər arasında qarışıq (3 qız + 3 oğlan) kateqoriyalar üzrə çıxış edərək I yerə layiq görülmüşdür.
Turnirdə ümumilikdə 14 ölkədən 25 komanda mübarizə aparmışdır.
Atletlərimizi əldə etdikləri möhtəşəm qələbə münasibətilə təbrik edir, onlara gələcək yarışlarda yeni-yeni uğurlar arzulayırıq!










