AZ

ABŞ-da təyyarə qəzası: Piklbol komandasının 5 üzvü həlak oldu – VİDEO

ABŞ-ın Texas ştatında piklbol klubunun üzvlərini daşıyan kiçik təyyarə qəzaya uğrayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Təyyarədə olan 5 nəfərin hamısı hadisə nəticəsində həyatını itirib. Bildirilir ki, qəzaya uğrayan şəxslər eyni piklbol komandasının üzvləri olub.

Hadisənin başvermə səbəbləri araşdırılır. Yerli hüquq-mühafizə orqanları və aviasiya xidmətləri qəzanın texniki nasazlıq və ya digər amillərlə bağlı olub-olmadığını müəyyən etməyə çalışır.



Bizim.Media

Seçilən
0
25
bizim.media

10Mənbələr