ABŞ-nin Texas ştatında baş verən təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub.
Publika.az-ın məlumatına görə, bu barədə "Fox News" telekanalı xəbər verib. "Amarillo" klubunun oyunçuları Nyu-Braunfelsdə keçirilən turnirə gedirmiş. Qəza Vimberleydə baş verib.
Mənbənin məlumatına görə, qəzadan bir müddət əvvəl hava nəqliyyatı dispetçeri təyyarənin qeyri-adi manevrlər etdiyini görüb və hava gəmisi sonra radardan itib.
Qeyd olunur ki, qəza zamanı ərazidə hava buludlu olub və sonra ildırım çaxıb.