AZ

Təyyarə körpü ilə TOQQUŞDU - ANBAAN VİDEO

Şanxayın Beynəlxalq Xuntzyao Hava Limanında Çinə məxsus "Airbus 350" tipli sərnişin təyyarəsi teletrapla (minik körpüsü) toqquşub.

Bizim.Media xəbər verir ki, insident təyyarə yerdə hərəkət edərkən baş verib.

Hadisə ilə bağlı "China Eastern" aviaşirkəti rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, ekipaj üzvləri müəyyən edilmiş prosedurlara uyğun olaraq vəziyyəti dərhal nəzarətə götürüblər. Aviaşirkət sərnişinlərin təhlükəsiz və nizamlı şəkildə təyyarədən təxliyə edildiyini əlavə edib.

Hazırda baş vermiş qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.


Bizim.Media

Seçilən
0
6
bizim.media

10Mənbələr