Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu SAXAL-ın Hərbi Hava Qüvvələrinin (HHQ) İrana qarşı mümkün yeni əməliyyata necə hazırlaşdığından danışıb.Netanyahu İsrailin hazırda heç vaxt olmadığı qədər güclü mövqedə olduğunu bildirib.O, çıxışında dövlətin dayanıqlığını vurğulayaraq, İsrailin öz düşmənləri üzərində əhəmiyyətli üstünlüyünü qoruyub saxlamalı olduğunu qeyd edib. Bununla əlaqədar baş nazir iki əsas prinsipi - hərbi gücün artırılması və müstəqilliyin qorunmasını önə çəkib."Bizim pilotlarımız İran səmasının istənilən nöqtəsinə çata bilər və lazım gələrsə, bunu etməyə hazırdırlar. Bizim yüksəksəviyyəli təyyarələrimiz və peşəkar pilotlarımız var", - deyə Netanyahu bildirib.Müstəqillik prinsipindən danışarkən hökumət başçısı xarici təchizatçılardan asılılığı azaltmaq üçün daxili silah istehsalı imkanlarının genişləndirilməsini tapşırıb.O qeyd edib ki, növbəti onillikdə müdafiə büdcəsinə təxminən 350 milyard şekel əlavə vəsait ayrılması planlaşdırılır. Bu vəsait İsraildə yerli silah istehsalının inkişafına, eləcə də güc balansını dəyişə biləcək yeni, texnoloji sıçrayışlı uçuş aparatlarının yaradılmasına yönəldiləcək.Bundan əlavə, Netanyahu Livan ərazisindən gələn pilotsuz uçuş aparatları (PUA) təhdidinə də toxunaraq bildirib ki, bir neçə həftə əvvəl bu problemin qarşısını almaq üçün xüsusi proqram başladılıb.(oxu.az)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.