AZ

Sabiq nigeriyalı futbolçu Osimhenə bu nəhəngə keçməməyi məsləhət gördü

"Qalatasaray''la ikinci çempionluğu rəsmiləşdirməyə hazırlaşan Viktor Osimhen Avropa futbolunda gündəm olmaqda davam edir.

Nigeriyalı forvard ''Barselona'', ''Real'', ''Bavariya'', PSJ, ''Liverpul'', ''Mançester Yunayted'', ''Yuventus'' kimi nəhənglərin maraq dairəsindədi. İddialara inansaq, Türkiyə çempionu bu futbolçunu 150 milyon avrodan aşağı qiymətə satmayacaq.

Bu arada karyerası ərzində ''Lill'', ''Vest Bromviç'', ''Kardiff'', ''Stok Siti'' kimi klubların şərəfini qorumuş sabiq nigeriyalı forvard Piter Odemvinge Osimhenə maraqlı məsləhətlər verib. O, ünlü həmyerlisinə bu nəhənglərdən birinə keçməməyi məsləhət görüb:

''Arsenal'' və ''Barselona''nın Osimhen üçün yaxşı seçim ola biləcəyini düşünürəm. Eləcə də ''Real'' əla seçim ola bilər. Hara getməyindən asılı olmayaraq bu klublarda topu rahat hərəkət etdirə və istədiyi yerə açıla biləcək. Hava toplarında da inamlı oynayır. ''Real''ın meydanı genişdi. Onun kimi hərəkətli futbolçu üçün tam uyğundu. ''Arsenal''ın heyəti nisbətən gəncdi. Ora gedəcəyi təqdirdə bütün yük onun çiyinlərinə düşə bilər. Hər şeyə rəğmən ''Arsenal''da yaxşı oyunçular toplaşıb. Oyun tərzi İngiltərə futboluna uyğun olsa da, fikir verdizsə, ''Mançester Yunayted''in adını çəkmədim. Çünki orda problemlər böyükdü. Hər gələn hücumçunun üzərində böyük təzyiq olur. Osimhen ordan mümkün qədər uzaq durmalıdı. Lukaku və başqa hücumçuların orda yaşadıqları problemləri hər birimiz gördük. ''Yunayted'' böyük klub olsa da, nəticə qazana bilmir. Hər uğursuzluqda da ''qurbanlıq qoyun'' seçirlər''.
Seçilən
2
20
football-plus.az

10Mənbələr